1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festivalda xarici turistlər də fəallığı ilə seçilib.
Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və uşaqlar üçün yaradılan şərait hər kəsdə xoş təəssüratlar yaradıb.
Bu barədə Bizim.Media-ya açıqlamasında çinli turist Sofiya Guitisn bildirib:
“Uşaq festivalı o qədər maraqlı hazırlanıb ki, buradan ayrılmaq belə istəmirəm. Nəvələrim üçün bir çox kitab aldım. Düşünürəm ki, yaxşı ki, Azərbaycana gəlmişəm,” – deyə o vurğulayıb.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Bizim.Media