Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - RƏSMİ CAVAB

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir.

Bizim.Media xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.

Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.Vahid aylıq müavinəti daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Məcburi köçkün statusu nə vaxt ləğv olunur və status ləğv olunduqda məcburi köçkün tələbələrə olan güzəşt də ləğv olunacaqmı?

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Cebheinfo.az"a bildirilib ki, məcburi köçkünlərin statusun verilməsi və onun itirilməsi halları 1999-cu ildə qəbul edilmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

"Qanuna görə, vətəndaş məcburi köçkün statusunu iki halda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Məcburi köçkün statusu qüvvədə olduğu müddətdə keçmiş məcburi köçkünlər dövlət tərəfindən onlar üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edir, eləcə də dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edilir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müdafiə tədbirləri, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023–2024-cü tədris ilində 10 mindən çox məcburi köçkün tələbənin təhsilhaqqı dövlət tərəfindən ödənilib. Bu tələbələrin böyük əksəriyyəti ödənişli əsaslarla universitetlərdə təhsil alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

End of content

No more pages to load

RADİO