Dünən Premier oteldə "İlhamlı Azərbaycanım" layihəsi keçirildi.xa0
Bu tədbir "Qafqaz-Media" İB-nin sədri Hacı Azadə Hüseynova və müavini Sahilə Abdullayevanın gərgin əməyi sayəsində baş tutdu. İnformasiya dəstəyi qafqazmedia.az, Qafqazmedia TV və Xalq TV -yə aid idi. Tədbirdə dəyərli alimlər, müəllimlər, ictimai xadimlər və qələm əhli mükafatlandırıldı. Mükafat alanların sırasında Moderator.az saytının əməkdaşı, gənc yazar Leyla Namazova da var idi.xa0
Tədbiri nəğmələri ilə rövnəqləndirən müğənnilər və aktyorlar da Təşəkkürnamə ilə təltif olundular.
Qeyd edim ki, bu tədbir Cənab Prezident İlham Əliyevin doğum gününə həsr olunmuşdu.xa0
Leyla Namazova