Gəncə şəhərində bir dam altında tikilən ümumi sahəsi 400 m² olan ikimərtəbəli evlərdən sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan evin dam örtüyünün taxta atmaları 30 m² sahədə, sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Evlərin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media