Putin Paşinyanı "ermənibaşı" olduğuna görə təbrik edəcək

Bəzi Azərbaycan siyasətşünaslarının Paşinyanın qərbə meyilli olması üzündən Rusiya ilə İrəvanın arasınının soyumasına və yaranmış bu vəziyyətin Dağlıq Qarabağ düyünün çözülməsində Azərbaycanın xeyirinə olmasına inanmalarıxa0 və ya güman etmələri tamamilə əsassızdır. Çünki Paşinyan bunu istəsə belə, Rusiyanın pəncəsindən çıxıb qərbə doğru addımlaya bilməyəcək. Əks təqdirdə çox güman ki, 1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentində baş vermiş qətl hadisəsi yenidən törədilə bilər və fiziki olaraq Pşinyanın "xosunvay" edilməsi onun "paşalığına" birdəfəlik son qoymuş olar. Amma bu, ən yaxşı halda ola bilən bir varyantdır.xa0

Yəqin ki, Rusiyaya aid Gümrüdə yerləşən 102-ci hərbi hissəsinin əsgəri Permyakovun 2015-ci ilin yanvarın 12-də qoruduğu postu təzə ilin üstünə atıb, köhnə ili qeyd etmək üçün məşuqəsi olması güman edilən - Avetisyanlar ailəsində törətdiyi qətl hadisəsi çoxlarının yadındadır. O zaman ermənilər Gümrüdən Rusiya bazasının çıxarılmasını tələb edərkən "sandıq açılıb pambıq töküldü". Baş vermiş bu olaya görə Rusiya prezidentinin gec reaksiya verməsi və həmişə Azərbaycana qarşı ağızlarına gələni danışan rusiyalı politoloqların siyasi kurslarını 180 dərəcə Ermənistanın əleyhinə dəyişdirmələri və tarixi həqiqətləri olduğu kimi demələri bir daha onu sübut etdi ki, Ermənistan Rusiyaya xalq kimi, millət kimi deyil, məhz ərazi kimi lazımdır.xa0

Həmin günlərdə Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin millətçi ideoloqu, politoloq Aleksandr Duqin etirafedici şəkildə bildi ki, "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun üçün zəmanətdir. Postsovet məkanındakı dövlətlər öz strateji məsələlərini həll etmək üçün ABŞ-a arxayın olursa, öz ərazi bütövlüyünü itirirlər. Biz Gürcüstan, Ukrayna və Moldova nümunəsində bunu gördük. Ermənistanın isə sadəcə olaraq seçimi yoxdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə girişi onun müstəqilliyini və təhlükəsizliyinin qorunması üçün lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi Ermənistanın sağ qalması üçün lazımlıdır". Bunda başqa, "Reqnum" informasiya agentliyinin baş redaktoru, həmişə Kremlə və ermənilərə havadarlığı ilə seçilən Modest Kolerov tarixi faktları ermənilərə xatırlatmaqla onlara "Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daim xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər" - deməsi ilə ermənilərin kim olduqlarını və hansı üzə sahib olduqlarını dünyaya bir daha sübut etmiş oldu.xa0

Yəni, Rusiya istəsə Azərbaycanın tarixi torpaqlarında yaratdığı Ermənistanı tarixi faktlar qarşısında qoyaraq onun əldədüzəlmə suverenliyini başına vuraraq əlindən alıb boğazını quruda bilər. Məsələn, Ukraynanın Krım, Luqansk və Donetsk kimi əraziləri buna aşkar sübutdur. Odur ki, Duqinin təbirincə desək, "Ermənistanın sadəcə olaraq seçimi yoxdur".

Əslində Putinin Paşayandan güya inciməsi və onu "ermənibaşı" seçildiyinə görə hələ də təbrik etməməsi heç də onun qərb yönümlü olması ilə bağlı deyil. Bu, çox güman ki, Putinin dostu və ya ən azı münasibətləri yaxşı olan keçmiş həmkarı Robetrt Koçaryanın tutlması, həmçinin KTMT-nin baş katibi Yuri Xaçaturovun "vurulması" iləxa0 bağlıdır.xa0

Rusiya prezidenti Vladimir Putininxa0 hər il ənənəvi olaraq keçirdiyi dünənki mətbuat konfransında ona verilmiş - "Rusiya parlament seçkilərindən sonra Ermənistanla siyasətini necə bərpa etmək istəyir" sualına, "Nəyi bərpa edəcəyik? Bizim aramızda nə dağılıb ki, bərpaya da ehtiyacı olsun. Ermənistan nəinki regionda, bütün dünyada ən strateji tərəfdaşımızdır, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Biz nə varsa onu inkişaf etdirməliyik" deməklə, yaranmış soyuqluğun dövlətlər arasında deyil, məhz şəxsi olaraq özləri - "böyük-kiçik" arasında olduğunu demiş olub.xa0

Putin suala cavabında - "Bu tarixən belə olub, belə də var və əminəm ki, belə də olacaq" deməklə, 24 aprel 2015-ci ildə İrəvanda ermənilərin güya "soylarının qırılması" "yasına" qatılmış Rusiya lideri - "Biz həmişə yaxın olmuşuq, indi də eləyik, həmişə də belə olacaq... Səmimi qəlbdən erməni xalqı ilə birgə əzab çəkirik. Onlar insanlıq tarixində ən dəhşətli faciəni yaşayıblar. 1915-ci il hadisələri bütün dünyanın titrədib. Biz Ermənistanın yanındayıq və onlarla birgə ağlayırıq" dediyi fikirdə olduğunu dolayısı ilə yenə də təkrarlayıb.xa0
Yəni, Rusiyanın İrəvana münasibətinin hansısa mənada dəyişməsini düşünmək və bundan Dağlıq Qarabağın Azərbaycan xeyirinə həll olunacağına ümid bəsləmək sadəlövhlükdən başqa bir şey deyil.
Mətbuat konfransında yeni il öncəsi Paşinyanı gözlədiyini deyən Putin: "Bütün bu məsələləri biz cənab Paşinyanla yaxın vaxtlarda müzakirə edəcəyik. Cənab Paşinyan gələn həftə bizə səfər edəcək" - deyib. Paşinyanı "ermənibaşı" olmasına görə təbrik etməyən Putinin ona "cənab" deməsi siyası etik qaydalara aid olan məsələdir.xa0

Sözsüz ki, Putin Paşinyanı Moskvaya çağırtdırmaqla onu Rusiyanın hansısa bir Quberniyasının qubernatoru səviyyəsində qəbul edib, onu həm "ermənibaşı" olması, həm də donuz ili münasibətilə təbrik edəcək. Bundan əlavə isə, ona müəyyən şərtlər əsasında Ermənistan, həmçinin qismən də Dağlıq Qarabağ üzərində "paşalıq" etmək xeyir-duasını verəcək.xa0

Bu mənada Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı həmişə "ögey ana" münasibəti bəsləyib. "Ögey anadansa Azərbaycana heç vaxt ana olmayıb, olmayacaq da!"

Odur ki, "Rusiya Azərbaycanla strateji müttəfiqdir" deyənlər və ya belə hesab edənlər birdəfəlik bilməlidir ki, Putin Bakıya "paraxodla" gəlsə də, "İçəri şəhər"də Piter küçələrində gəzdiyi kimi gəzsə də, isti təndir çörəyindən yesə də, amma onun xüsusi jestlə - "erməni xalqı Cənubi Qafqazda bizim ən yaxın tərəfdaşımızdır" deməsi, görünür ona yedirdilən çörəyin hələ də "duzsuz" olmasından irəli gəlir.

"Qarşıdan gələn il Dağlıq Qarabağda dönüş ili olacaq" və ya "ola bilər" deyən "siyasətbazlar" proqnoz verəndə bir az düşünsələr daha yaxşı olar. Çünki qarşıdan gələn il toyuq, siçan, pişik, dovşan ən nəhayət qoyun ili deyil, məhz donuz ilidir. Dağlıq Qarabağ dərdinə düçar olunan Azərbaycan xalqı indiyədək bütün ilini sanki ilan ili kimi "yaşayıb", yəni sürünüb.xa0

Putinlə Paşinyanın arasındakı "soyuq hava" yaxın günlərdə başında beşulduz olan Kremldə beşulduzlu konyak qədəhlərinin cingiltisindən sonra 40+ dərəcəyədək yüksələcək.
Azərbaycana isə, ələ zopa götürüb darıya doğru "donuzları" qovmağa getməkdən başqa bir iş qalmır.


Mübariz Azərbaycanlı, müstəqil jurnalist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO