Bakıda dağ satışa çıxarıldı - İdmançılar həyəcan təbili çalır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır.

Bizim.Media xəbər verir ki, bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib.

Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.

“Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.
 

Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.


Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.

Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.

Alpinistlərin sözlərinə görə, Kühüldağ — Bakıda təbii qaya relyefi üzərində məşq və yarışların keçirilə bildiyi yeganə məkandır.

Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədilə media nümayəndələri əmlakı satışa çıxaran maklerlə əlaqə saxlayıblar. O, torpağın “kupçası” olduğunu bildirsə də, onu təqdim etməyib.

Bununla yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara rəsmi sorğular göndərilib — dağın idman məqsədilə istifadə olunan və şəhər üçün əhəmiyyətli olan bu təbii ərazisinin satışının hüquqi əsası olub-olmadığı aydınlaşdırılmağa çalışılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO