Zaqatalanın Əliabad qəsəbəsi ərazisində minik avtomobili aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 17 radələrində Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” (Volqa) markalı avtomobil körpüdən aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim,Media, Şimal-Qərb bürosu