Liderlərin Laçın Zirvəsi üçtərəfli əməkdaşlığı yeni inkişaf mərhələsinə DAŞIDI

Birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlı olan Azərbaycan-Türkiyə-Pakistanın dövlət başçılarının ikinci Zirvə görüşü bir çox mühüm məqamları ilə əlamətdar tarixi hadisə idi.

Birincisi, Zirvənin Azərbaycanın Müstəqillik Günündə, məhz, erməni işğalından azad edilmiş Şərqi Zəngəzurda - Laçında keçirilməsi rəmzi məna daşıyırdı. Belə ki, hər üç dost ölkə bütün zamanlarda suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.

2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi, mənəvi dəstəyi qürurla xatırlayırıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan da öz növbəsində daim Türkiyə və Pakistanın yanında olub.

Pakistan və Hindistan arasında baş verən sonuncu gərginlikdə biz bu dəstəyi real nümunisini bir daha yaxından izlədik. Bütün bunlara rəğmən regionda ciddi aktor sayılan hər üç ölkə liderlərinin Laçına gəlməsi, səsləndirdiyi bəyanatlar, verdiyi mesajlar Cənubi Qafqazda sülh və əminamanlıq, uzunmüddətli təhlükəsizliyin təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

İkincisi, Laçın Zirvəsi 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib Azərbaycan, Türkiyə və Pakistanın strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə etməklə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından geniş imkanlar vəd etdi.

Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inam ifadə olundu. “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir” deyən Azərbaycan lideri qarşılıqlı ticarət dövriyyəsinin şaxələndiriləcəyi və artırılacağı anonsunu verdi.
 

Burda Azərbaycan və Türkiyə nümunəsi xüsusilə diqqət çəkir. İki ölkə arasında uğurlu enerji əməkdaşlığı yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişib, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən “Orta Dəhliz”i təşkil edən Şərq-Qərb, Cənub-Qərb, Şimal-Cənub strateji nəqliyyat yollarında multimodal yük marşrutunun inkişafı ilə bağlı rəsmi İslamabadın təşəbbüsləri və yaxından iştirakı böyük ümidlər vəd edir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərdən dərhal sonra jurnalistlərə açıqlamasında “Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək” bəyanatı isə sözügedən dəhlizə qarşı çıxan dairələrə açıq ismarıc idi.

Laçın Zirvəsi, bu çərçivədə açılışı olan infrastuktur layihələri, xüsusilə Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması həmçinin, 30 illik işğaldan sonra bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsinin təzahürü sayılmalıdır.

Hava limanı eyni zamanda Şərqi Zəngəzurun dünya ilə inteqrasiyasına mühüm töhfə verəcək, digər uğurlu əməkdaşlıq sahəsi sayılan turizm əlaqələrinin gücləndirilməsini şərtləndirəcək.
Üçüncüsü, müdafiə sahəsində əməkdaşlıq hər üç ölkənin tərəfdaşlığında önəmli istiqamətlərdən birini təşkil edir.

Bu xüsusda birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən digər layihələr ciddi potensiala malikdir. Və ən əsası sözügedən əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyə xidmət edir. Rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrininin araşdırılmasının gündəmə gətirilməsi isə daha böyük perspektivlərin müjdəçisi sayılmalıdır. Beləliklə, yerləşdiyimiz coğrafiya və ümumilikdə regionda baş verən siyasi kataklizmlər, yeni çağırışlar, dünyanın iqtisadi çətinliklər, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla üz-üzə qaldığı bir vaxtda belə bir üçtərəfli əməkdaşlıq formatının mövcudluğu, dost ölkələr arasında həmrəylik ciddi önəm kəsb edir.

Türkiyə Prezidentinin də qeyd etdiyi kimi bu bir seçim deyil, zərurətdir. Başqa sözlə, qütbləşmənin dərinləşdiyi, beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyi bir dönəmdə qarşılıqlı dəstəyə əsaslanan, dərin tarixi-mənəvi tellərlə bağlı olan Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı həyati əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, zamanın sınağından keçmiş bu münasibətlər xalqların mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə, firavanlığa mühüm töhfələr verəcək. Ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələr arasında ortaq baxışı əks etdirən güclü bir çərçivə sənədinin hazırlanması xəbəri isə əməkdaşlığın institusional səviyyəyə çatdırılacağına şübhə yeri qoymur.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO