Qusarın Cağarqışlaq kəndində sakinə məxsus mal tövləsi yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gedib.
Yanğın nəticəsində kənd sakini Qasım Sultanova məxsus ümumi sahəsi 60 kvadratmetr olan tövlənin 35 kv-i yanıb. Alovun genişlənməsinin qarşısı alınıb.
Bizim.Media