Aİ-92 markalı benzinin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycana benzin idxalının artmasının səbəbi məlum olub. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, idxalın artmasına Neft Emalı Zavodunun ötən il keçirilən beynəlxalq tədbirlərlə əlaqədar təxminən iki ay müddətinə fəaliyyətini dayandırması səbəb olub. Nazir qeyd edib ki, məhz bu dövrdə daxili tələbatı qarşılamaq məqsədilə Aİ-92 markalı benzin idxal edilib.

Onun sözlərinə görə, məsələ ilə bağlı daha dəqiq məlumatı SOCAR təqdim edə bilər.

Maraqlıdır, ölkəyə benzin idxalının artması qiymətlərə təsir edə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı news24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, benzin qiymətləri böyük ehtimalla inflyasiya dərəcəsinə uyğun şəkildə müəyyənləşdiriləcək:
 

"Azərbaycanda inflyasiyanın əvvəlki proqnozlardan daha yüksək olacağı gözlənilir. Hökumətin və Mərkəzi Bankın rəsmi proqnozlarında da müəyyən fərqlər mövcuddur. Lakin real vəziyyətə gəldikdə, bəzi göstəricilər nəzərəçarpacaq dərəcədə fərqli mənzərə ortaya qoyur. Bizdə əsas problem ondan ibarətdir ki, inflyasiyanın hesablanma mexanizmində yeni metodoloji yanaşmalara ehtiyac var”.


Natiq Cəfərli vurğulayıb ki, hazırda Azərbaycanda inflyasiya səviyyəsi mal və xidmətlərin geniş siyahısı əsasında hesablanır. Bu siyahıda yüzlərlə məhsul və xidmət əhatə olunur. Lakin insanların gündəlik həyatına birbaşa təsir edən məhsullar – əsasən də ərzaq, kommunal xidmətlər və yanacaq bu hesablama sistemində real çəkisini tam əks etdirmir:

“Əsas diqqət gündəlik tələbat mallarına yönəlməlidir. Çünki vətəndaşlar məhz bu məhsulların qiymətindəki artımı daha çox hiss edirlər. Təəssüf ki, bu artımlar ümumi inflyasiya göstəricilərində kifayət qədər nəzərə çarpmır. Nəticədə inflyasiyanın rəsmi rəqəmləri real vəziyyətdən aşağı göstərilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda canavarlar qoyunları parçalayıb

Qaxda canavarlar qoyunları parçalayıb

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

İran bu məhsulun ixracını qadağan etdi

İran bu məhsulun ixracını qadağan etdi

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

Sabah bu ərazilərdə QAZ olmayacaq

Sabah bu ərazilərdə QAZ olmayacaq

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

End of content

No more pages to load

RADİO