Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərdi – VİDEO

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas məqsədi məcburi köçkünlərin hüquqlarının təbliği, hüquqi biliklərinin artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı hüquqi maarifləndirmənin təmin edilməsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib.
 

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib.


Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb. Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu, 2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra ödənişsiz hüquqi yardım aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə bu imkanlardan faydalandığını deyib.

Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd olunur.
 

Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa edilib. Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir. Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata keçirir.


Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq ödənişsiz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur.

Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin təqdimatı olub. “Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 100-ə yaxın keçmiş köçkünə ödənişsiz hüquqi yardım göstərilib, vətəndaşların sualları cavablandırılıb, praktiki məsləhətlər verilib.

Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

End of content

No more pages to load

RADİO