Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? – RƏSMİ CAVAB

“ƏDV ilə vurduğum pulları kommunallara ödəyirdim, ancaq blok qoyuldu”.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə feysbukda “Hüquqşünaslar” qrupunda kuryerlərdən biri paylaşım edib.

O bildirib ki, müştərilərin ödəniş qəbzlərinin davamlı ƏDV-sini yüklədiyi üçün indi prosesi təkrarlamasına qadağa qoyulub:

“Bəzən elə olur ki, müştərilər qəbzi istəmir, bu halda ƏDV-ləri öz kartıma yükləyirəm. Aya 40-50 manat toplanır, bununla kommunallarımı ödəyirəm. Ancaq 1 həftədir ki, qəbzləri yükləmək mümkün olmur. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişəm. Qurumdan bildirildi ki, buna səbəb aylıq qazancımın ödənişləri qarşılamamasıdır”.

Sözügedən paylaşıma vətəndaşlar da münasibət bildirib. Onlar kuryerin cərimələnməsi kimi halın baş tuta biləcəyi ehtimalını vurğulayıblar. Bəzi istifadəçilər isə qeyd edib ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub.

Şəxsin başqasının ödəniş qəbzindən Əlavə Dəyər Vergisini (ƏDV) vurması ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanlanıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, “ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir:

“Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar”.

Həmçinin qeyd olunub ki, belə hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır:

“Bu, xüsusilə, sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə qəbzlərin daxil edilməsi halları müşahidə edildikdə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır. Məsələ bir-iki haldan getmir. Əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır. Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan qəbzlərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır. Bu, istər həmin kuryerin çeki vətəndaşa təqdim etməməsi, istər mağzalarda kassirlərin bəzi hallarda qəbzləri təqdim etməməsini də əhatə edir. Belə hallar “ƏDV geri al” layihəsinin şəffaflığına ictimai etimadın sarsılmasına səbəb ola bilər.

Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarət tədbirlərini gücləndirməkdədir və aşkar olunan pozuntularla bağlı qanunvericilik çərçivəsində tədbirlər görür. Layihənin davamlılığı və uğuru, ilk növbədə, vətəndaş məsuliyyətindən və dürüstlüyündən asılıdır. Dövlət Vergi Xidməti bütün vətəndaşları vergi intizamına riayət etməyə və bu təşəbbüsə etimadı qorumağa çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

End of content

No more pages to load

RADİO