Sabun yoxsa duş geli: Dəri və gigiyena üçün nə seçmək lazımdır?

Sabun və duş gelinin tərkibindəki maddələrə diqqət yetirmək vacibdir. Sağlam qalmaq üçün şəxsi gigiyenaya məsuliyyətlə yanaşmaq vacibdir. Bədən təmizliyi üçün adətən duş geli və ya sabundan istifadə olunur. Hər iki vasitənin üstün və çatışmaz cəhətləri var ki, seçərkən nəzərə almaq lazımdır.

Bizim.Media bu barədə bəzi məlumatları sizə təqdim edir:

Dəri üçün daha yaxşısı nədir — sabun yoxsa duş geli?

Bütün sabun və duş gelinin məqsədi eynidir — dərinin səthindən çirk və yağı təmizləmək. Əsas fərq tərkibindəki maddələrdədir. Tər və çirk bədənin təbii yağları ilə qarışır, bu da dəridə toplanaraq bakteriyaların çoxalmasına səbəb ola bilər. Sabun bu yağlı təbəqəni parçalayır və xəstəlik yaradan bakteriyaları aradan qaldırır. Duş gelləri adətən dərinin təmizlənmə prosesi zamanı itirdiyi nəmlik balansını bərpa etməyə kömək edən maddələr ehtiva edir. Əgər dəriniz quru və tez-tez qabıqlanırsa, nəmləndirici komponentləri olan vasitələrdən istifadə etmək daha yaxşıdır. Məsələn, bu, dərinin qurumasının qarşısını alan duş geli ola bilər. Xroniki dəri xəstəlikləri zamanı düzgün vasitə seçimi üçün dermatoloqla məsləhətləşmək vacibdir.

O, diqqət yetirməli məqamları göstərə və konkret məhsulları məsləhət görə bilər. Ölü hüceyrələrin təmizlənməsi üçün xırda hissəciklər olan xüsusi sabun və ya xüsusi duş gelləri istifadə oluna bilər.

Sabunun üstünlükləri arasında ekologiyaya uyğundur olması qeyd olunmalıdır. Onun qablaşdırması təkrar emal oluna bilər və çox vaxt ətraf mühitə zərərli maddələr ehtiva etmir.

Bundan əlavə, sabunun saxlanması üçün konservant və paraben lazım deyil, buna görə də allergik reaksiyalar daha az olur. Tez-tez hipoallergen, tamamilə təbii sabunlara rast gəlinir.

Bütün bu məqamları nəzərə alaraq, nəyi almaq daha yaxşıdır sabun yoxsa duş geli — qərar vermək lazımdır.

Dəri üçün daha təhlükəsizi nədir — sabun yoxsa duş geli?

Sabun və ya duş gelinin daha yaxşısı barədə dəqiq cavab yoxdur hər şey tərkibindən, dərinin həssaslığından və fərdi seçimlərdən asılıdır. Ona görə də diqqət yetirməli məqamları nəzərdən keçirək.

Qliserin — bitki mənşəli yaxşı təmizləyici maddədir, dərinin nəmlik baryerini qoruyur, dərini yağlardan məhrum etmir. Həmçinin, xırdalanmış ərik çəyirdəkləri, yulaf və digər maddələr faydalıdır, çünki onlar ölü dərini təbii yolla təmizləməyə kömək edir. Eyni zamanda, sabunun tərkibində güclü antibakterial maddələrdən çəkinmək lazımdır. Məsələn, etiketdə triklozan maddəsinin olub-olmadığını yoxlamaq vacibdir. O, güclü antibakterial maddədir, lakin ABŞ FDA tərəfindən 2016-cı ildə digər 18 maddə ilə birlikdə qadağan olunub. Zərərli sayılanlar arasında parabenlər də var. Bu kimyəvi konservantlar kosmetik məhsulların saxlama müddətini uzatmaq üçün nəzərdə tutulub, lakin bəzi xəstəliklər və endokrin sisteminin pozğunluğu ilə əlaqələndirilə bilər. Buna görə də onlardan uzaq durmaq daha yaxşıdır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

End of content

No more pages to load

RADİO