"TikTok"da təhqirə məruz qalan şəxs hansı məhkəməyə müraciət etməlidir? – QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, işin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin "TikTok" sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib.
 

Barələrində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verdiklərinə görə, etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən etirazın təmin edilməsi və materialın baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.


Lakin Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xüsusilə ona əsaslanıb ki, xüsusi ittiham qaydasında şikayətə görə şəxsin böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları barələrində şikayət verilən şəxslərin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda yayıb. Tərəfin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir.
 

Laçın Rayon Məhkəməsinin qənaətinə görə nə qədər ki, şikayətdə böhtan və təhqir kimi səciyyələndirilən məlumatlar "internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda" yayılıb və bu MMC-nin Azərbaycan Respublikasındakı hüquqi ünvanı bəlli olmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir, xüsusi ittiham qaydasında şikayətə yurisdiksiyası bu inzibati ərazi vahidinə şamil edilən Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.


Yasamal Rayon Məhkəməsi MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu olsa da, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə əsasən təhqir və böhtan kimi səciyyələndirilən məlumatların barəsində şikayət verilən şəxslər tərəfindən "TikTok" sosial şəbəkəsində yayımlandığını, həmin şəxslərin yaşayış yerlərinin Ağcabədi rayonu olduğunu nəzərə alıb materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olması, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etirazın təmin edilməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyinə görə məhz Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının

Ali Məhkəməsinə müraciət edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.


Azərbaycan Respublikası Ali Məhkəməsinin əsaslandırması:

1.Laçın Rayon Məhkəməsi qanunvericiliyin müddəalarına əsaslanmadan, "TikTok" sosial şəbəkəsində açılmış hesabı "***" MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib.

2. Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən "internet informasiya ehtiyatı" anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib, nəticədə MMC-yə aid, yəni məhz hüquqi şəxs olaraq MMC-nin sahib olduğu domen adının "Reyestr"də qeydə alınıb-alınmadığını müəyyən etmədən, adı "tiktok.com/@*****.az" işarələrindən təşkil olunaraq "Tiktok" sosial şəbəkəsində açılmış hesabı (MMC-nin adı ilə istifadəçi hesabının adı arasındakı zahiri oxşarlıqdan çıxış etməklə) hüquqi şəxsin ("*" MMC-nin) internet informasiya ehtiyatı kimi səciyyələndirib.

3. Eynilə Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında "***" MMC-nin və ya onun sahib olduğu hər hansı bir resursun - media subyekti və yaxud işçisinin - jurnalist olaraq qəbul edilməsinə əsas verən hallara da istinad olunmayıb.

4. Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında "***" MMC adlı hüquqi şəxsin və ya onun sahib olduğu hər hansı internet informasiya ehtiyatının media subyekti olaraq, MMC-nin işçisinin isə jurnalist qismində "Media Reyestri"ndə qeyd olunduğunu təsdiq edən məlumatlar göstərilməyib.

5. Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.

6. Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların "TikTok" sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndinin "Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır" müddəası rəhbər tutulmalı, müvafiq olaraq da xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir.

7. Lakin barələrində şikayət verilən şəxslərin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

İbrahim Kalının İraqa qəfil səfərinin PƏRDƏARXASI DETALLARI

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR– Qazla bağlı rüsum LƏĞV EDİLİR

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENİLİK – Qaydalar dəyişir

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

End of content

No more pages to load

RADİO