Zaqatalada traktor anidən alışıb. Rayonun Dağlı kəndində traktor iş görən zamanı yanmağa başlayıb.
Bizim. Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Dağlı kəndinin inzibati ərazisindəki fındıq bağında baş verib. Kənd sakini Vahid İbrahimov idarə etdiyi T-80 markalı arxasına otbiçən aqreqat qoşulan traktorla iş görən zaman texnika anidən alışıb. Texnikanı söndürmək mümkün olmadığından o yararsız vəziyyətə düşüb.
Yaxınlıqdakı insanların köməyi ilə yanğının ətrafa yayılmasının qarşısı alınıb.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu