Axşamdan əsməyə başlayan güclü külək Kürdəmirdə fəsadlara yol açıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonda əsən güclü külək şəhərin Bakı prospektində və Garisəyribənd kəndində iri gövdəli ağacı aşırıb.
Elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyatı qurumun əməkdaşları yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.


Bizim.Media, Aran bürosu