Mingəçevirdə qadın meyiti tapılıb.
Bizim.Media-nın verdiyi məlumata görə, hadisə Mingəçevirdə Sahil parkı tərəfdə baş verib.
Meyitin 1955-ci il təvəllüdlü Qəmər Hüseyinovaya məxsus olması məlum olub.
İlkin ehtimala görə qadının çaydan çıxarılan zaman sağ olduğu, bir neçə dəqiqə sonra dünyasını dəyişdiyi deyilir
Məsələ ilə bağlı Mingəçevir Rayon Prokurorluğunda araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu