"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı bildirilir.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, uşağı vuran müəllim işdən qovulub.
Onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
Bizim.Media