Ağdaşda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib. Minik avtomobilinin qatarla toqquşması zamanı ilkin məlumata görə, 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.
Xəsarət alanlar Ucar rayon sakinləridir:
1. 1994-cü il təvəllüdlü Emil Lətifov
2. u20601988-ci il təvəllüdlü Ceyhun Şirinov
3. u20601996-cı il təvəllüdlü Pərvin Xasməmmədov
Bizim.Media, Aran bürosu