DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq - Sərt tədbirlər görüləcək

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır. İdarədən Avtosfer.az-a verilən məlumata görə, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.
DYP xatırladır ki, dünən Salyanda üzərində dəmir qırıntılar daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı digər nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Opel”in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin qabaq alın şüşəsindən girərərk sürücünün həyatına son qoyub. Həmin hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməsi barədə göstəriş verilib. Bu gün Nəsimi rayonu ərazisində "QAZ-31" markalı avtomobil 12 metr uzunluqda armatur daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan müayinəyə dəvət edilib və sənədləri tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzin tökərək həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.
Digər bu kimi xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən yol polisi yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.
Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər belə olmadan bu cür nəqliyyat vasitələrini idarə edir. Bəzən belə avtomobilləri 5-6 nəfər ayrı-ayrı vaxtda idarə edir. Yəni onlar buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Nəqliyyat vasitəsi kimi həmin avtomobili saz vəziyyətdə saxlamırlar, işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.
Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində çox sərt tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.xa0
Dövlət Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atırlar, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti, imkanı var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, öz bizneslərini qururlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir. Bunu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.
Yol polisi bir daha xəbərdarlıq edir ki, belə nəqliyyat vasitələri aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tədbirlər görüləcək.
Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər. Nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməlidir və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər bu qayda pozuntularına yol verməsinlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO