İrandan gətirilən qızılgüllər TƏHLÜKƏ saçır – AQTA ilə Gömrük Komitəsi hələ də niyə SUSUR? – VİDEO

İrandan Azərbaycana idxal olunan bəzi qızılgül bağlamalarında zərərverici qurdların olması ilə bağlı xəbər dərc etmişdik. Həmçinin qızılgüllərin ləçəklərinin arasında açıq-aydın ağ xırda qurdların hərəkət etdiyinə dair videogörüntü təqdim etmişdik.

Həm dekorativ, həm də kulinariya məqsədilə istifadə olunan güllərin qurdlu çıxması ictimaiyyətdə ciddi narazılıq yaradıb. Həmçinin qızılgüllərin gömrük postundan bu vəziyyətdə ölkəyə buraxılması müəyyən suallar doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

SENSASİON İDDİA - İrandan Azərbaycana gətirilən qızılgüllərdə qurd var - VİDEO


Qeyd edək ki, qızılgüllər gömrük keçid məntəqəsində həm Gömrük Komitəsi, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən  yoxlanılır. Həmçinin AQTA tərəfindən fitosanitar nəzarətə götürülür. Güllər üzərində vizual yoxlama, lazım gəldikdə isə laborator analiz aparılır. Əgər zərərvericilər aşkarlanarsa, məhsul geri qaytarılır, məhv edilir, yaxud dezinfeksiya üçün xüsusi rejim tətbiq olunur.

Bəs, iki rəsmi qurumun yoxlanışı ilə qurdlu qızılgüllərin ölkəyə buraxılması və satışına icazə verilməsi necə baş verib?

Hələki nə Gömrük Komitəsi, nə də AQTA məsələ ilə bağlı açıqlama verir.

Maraqlıdır, güllərdə ziyanvericilərin olması hansı fəsadlara yol açır? İdxal və ixrac zamanı nələrə diqqət yetirilməlidir?

Bizim.Media-nın araşdırmasına görə qızılgüllər isti, havasız və rütubətli şəraitdə tez solur və küflənirlər. Xüsusilə birbaşa günəş şüaları və istilik cihazlarından uzaq tutulmalı, nəmləndirici sistemlər vasitəsilə saxlanılmalı, uzaq məsafələrdə termo-konteynerlərdə daşınmalıdır. Daşınmazdan öncə konteynerlər dezinfeksiya olunmalıdır.  

Məlumat üçün bildirək ki, qızılgül kimi dekorativ və qoxulu güllərdə zərərli qurdların olması insan orqanizminə mənfi təsir göstərir. Ləçək və yarpaqlarında qurd olan güllərə toxunub, qoxlamasaq belə onların mikroorqanizmləri havaya yayılaraq xüsusən həssas orrqanizmi olan insanlarda, uşaqlarda burun axması, göz yaşarması, dəri səpkiləri, tənəffüs çətinliyi kimi allergik reaksiyalara səbəb ola bilər.

Bundan başqa, zərərli qurdların toksik ifrazatı baş ağrısı, halsızlıq kimi əlamətlər yaradır. Uzunmüddətli təmas zamanı isə (məsələn satışı ilə məşğul olanlar, yaxud ləçəklərindən ətriyyat və məişətdə istifadə edənlər nəzərdə tutulur) daha ciddi fəsadlara yol aça bilər.
 

Belə ki qurd yoluxmuş güllərə toxunduqda  dəri, göz və ağız vasitəsilə orqanizmə parazitlər daxil olur. Nəticədə bu, təkcə göbələk mənşəli xəstəliklər və allergik reaksiyalar deyil zəhərlənməyə də səbəb ola bilər.


Əgər belə güllərə artıq təmas olunub və dəridə qıcıqlanma, səpkilər yaranıbsa, dərhal əllər bol sabunla yuyulub, antiseptik krem çəkilməlidir. Göz və ağız isə 10-15 dəqiqə ərzində soyuq axar su ilə yuyulmalı və bol su içilməli, həkimə müraciət edilməlidir.


Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

End of content

No more pages to load

RADİO