Bu gün Azərbaycan Respublikasının Prezidentixa0İlham Əliyevxa0və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli liderxa0Heydər Əliyevin məzarını ziyarət ediblər.
xa0
Moderator.az-ın xəbərinə görə,xa0Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
xa0
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
xa0
Azərbaycanın dövlət himni səsləndirib.
xa0
Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
xa0
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.
xa0
Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.