"Azərbaycana qarşı separatizmdə ittiham edilən ermənilərin məhkəməsindən xüsusi sənədli film çəkilməlidir".
Bizim.Media xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında səsləndirib.
O qeyd edib ki, film Azərbaycan tarixi üçün önəmlidir:
“Həmçinin təklif edirəm ki, həmin məhkəmələrə beynəlxalq ekspert və hakimlər də dəvət olunsun. Bu, ermənilərin törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün vacibdir”.
Bizim.Media