Deputat parlamentdə Elgünün ölümündən DANIŞDI

"Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəlmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksindəTuran Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü".

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Elnurə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib.


"Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Təbii prosesdir. Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında XVII əsr ingilis şairi Con Donun belə bir fikri yer alıb:

“Hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”.

Niyə belə olur, gələcək bu qism faciələrin qarşısını almaq üçün nə etmək olar? 

Burada biz nə etsək də, bütün problemlərimizin kökü ilk növbədə, təhsilə gedib çıxır. Düşünürəm ki, bu gün məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir.

Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə, deyək ki, doğrudan da, əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. 

Yəni kimya müəllimi, fizika,texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris eləməməlidir. Əks təqdirdə bu, aydın məsələdir ki, heç bir nəticə verməyəcək.Unutmayaq ki, bu günün məktəblisi təkcə riyaziyyat testini yox, boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiber zorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu işə doğrudan da işin peşəkarları, bu ixtisası daşıyanlar cəlb olunmalıdır ki, məlum yükü daşımağa həm səlahiyyəti, həm də qüdrəti çatsın. Bugün aydın  məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir".

Deputat qeyd edib ki, dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdanuzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir.

"Mən dəfələrlə bu məsələni aktuallandırmışam ki, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyata toxunan bir sahədir, mənəviyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə də görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mənəviyyatımız, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbi göstərdi. Bu mənəviyyat, mədəniyyət təməllərini qorumaq lazımdır.

Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Bizim axı bugün bütün sahələrdə yaxşı ənənəmiz var, bizim ədəbiyyət ənənəmiz var, bizim mədəniyyət ənənəmiz var, sadəcə o təməlllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik.

Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, qeyimi, yəni bunlar diqqət mərkəzində olmalıdır.

Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüş və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Ona görə bu qism məsələlərdə həssas davranmalı, gecikməməliyik. Gecikəndə, bax belə adda-budda daolsa negativləri çıxır və bu negativlərin böyük bir dalğaya çevrilməməsi üçün düşünürəm ki, bir cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik.
 

Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik. Məlum məsələdir ki, daha çox psixoloji durumu yerində olmayan yeniyetməni narkotiklərə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür.


Bu məsələ inzibati yox, strategiya məsələsidir. Təhsil Nazirliyi və dövlət bu sahəni sıradan bir kadr problemi kimi deyil, uşaq hüquqları və cəmiyyətin gələcəyi kimi görməlidir. Elə məsələlər var ki, onların müzakirəsi hansısa bir cariliyə, gündəm müzakirəsinə bağlıdır. Gəlir, müzakirə olunur və keçib gedir. Bir mövzu isə hər bir zaman prioritet olmalıdır hər bir xalqın, dövlətin qarşısında. Bu da maarifçilikdir. Necə deyirdi XX əsrin əvvəllərində Ömər Faiq Nemanzadə? Deyirdi ki, işığımız sönməyəcək. Deyirdi və bunun üçün addımlar atırdı. Biz də o ışığı qorumalıyıq ki, gələcək faciələrin, gənclərin ölümlərinin qarşısını ala bilək", - deyə E.Akimova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

End of content

No more pages to load

RADİO