Vaşinqton Ziya Məmmədovla Arif Əsgərova qarşı işə son verdi

ABŞ-ın Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı həyata keçirilən korrupsiya istintaqına xitam verib. Sözügedən istintaq çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov, onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun da adları hallanırdı.

Bizim.Media “Haqqın.az”a istinadən xəbər verir ki, Kanada mediası şirkətin aprelin 1-də məsələ ilə bağlı nazirlikdən rəsmi bildiriş aldığını yazıb. Eyni zamanda, şirkət özü də belə bir məktub aldığını təsdiqləyib.

“ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, əldə olunmuş bütün məlumatları nəzərdən keçirdikdən sonra İndoneziya və Azərbaycanın dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli hər iki araşdırmanı dayandırır”, - deyə “Bombardier” şirkətinin ən sonuncu maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi həmin qərarı şərh etməkdən imtina edib.

Qeyd edilib ki, “Bombardier” şirkəti ilə Azərbaycan arasında bağlanan müqaviləyə dair araşdırma 2020, İndoneziyanın “Garuda Airlines” aviaşirkətinin təyyarələrinin satışı ilə bağlı istintaq isə 2021-ci ildə başladılıb. Şirkət də həmçinin əlavə şərh verməyib.
 

Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Kanada şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Qazax-Böyük Kəsik hissəsində siqnal avadanlıqlarının quraşdırılmasına dair müqavilə bağlanıb. Layihənin icraçısı olaraq şirkətin İsveçdəki törəmə şirkəti “Bombardier Transportation” çıxış edib.


Layihənin ümumi dəyəri isə 350 milyon dollar təşkil edib. Araşdırma müəyyən edib ki, bu məbləğin təqribən 100 milyon dolları ofşor şirkətlər vasitəsilə Nəqliyyat Nazirliyinin yüksəkvəzifəli məmurlarına mənfəət kimi geri qaytarılıb.

Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov, nazirliyin strukturuna daxil olan Azərbaycan Dəmir Yollarına” isə Arif Əsgərov rəhbərlik edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO