Ağsaqqallar Şurasının fəaliyyəti nədən İBARƏTDİR? – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış edib. Həmin tədbirdən sonra sədr vəzifəsindən azad edilib, əvəzinə yeni sədr seçilib.

Sədr vəzifəsindən getsə də, yol verdiyi nöqsan uzun müddət narazılığa, müzakirələrə səbəb olub.

Həmin hadisədən sonra Ağsaqqallar Şurasının fəaliyyəti, vəzifələrinin nədən ibarət olduğu maraq doğurub.

Bizim.Media Şuranın vəzifə və məqsədlərini araşdırıb.

Tarixi

Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis edilib, 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb.

Fəaliyyəti

İctimai birliyin fəaliyyəti bütün ölkəni əhatə edir. Təşkilat öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunvericilik və Nizamnamə əsasında qurur. Həmçinin, rayon və şəhər təşkilatları üçün Əsasnamələr mövcuddur.

Məqsədi

Şuranın əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir.

Vəzifələri

Şuranın vəzifəsi alqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət edən tədbirlər görmək, müxtəlif fəaliyyət sahələrində uzun müddət uğurla çalışmış, cəmiyyətdə nüfuz qazanmış və ictimai fəal olan insanları təşkilata cəlb etmək, əhali, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlər həyata keçirmək, dövlət orqanları və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq etmək, ölkənin ictimai-mədəni və sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək vermək, xarici ölkələrin analoji ictimai təşkilatları ilə əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq və s.-dən ibarətdir.

Hüquqları

Şura öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış etmək, fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək, banklarda hesablar açmaq və hesablaşmalar aparmaq, müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq, Şuranın yaradılması məqsədlərinə nail olmasına yönədilmiş sahibkarlıq fəaliyyətini həyata keçirmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüququna malikdir.

Maliyyə mənbəyi

Şuranın mülkiyyətində binalar, qurğular, mənzillər, nəqliyyat vasitələri, avadanlıqlar, inventarlar, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

Şura əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri təsisçilərin və ya Şura üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları, idarə, müəsissə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər, öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər, qrantlar, sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər, təsis etdiyi müəsissələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər, dövlət tərəfindən göstərilən maliyyə dəstəyi və qanunvericilikdə qadağan olunmamış digər mədaxillərdir.

Şuranın ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

Qeyd edək ki, Hazırda Ağsaqqallar Şurasının 35 mindən çox üzvü var. Azərbaycan Ağsaqqallar Şurasının 79 rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevdir.  Sədrin isə 7 müavini var. İdarə heyətinin üzvlərinin sayı isə 29-dur. Burada isə elm, sənət, din sahəsində uzun illər çalışmış şəxslər toplanıb.

Günay Şahmar, Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO