54 247 abituriyent qəbul İMTAHANI VERƏCƏK

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış
vərəqəsi"
ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO