Ağ köynəklərdən tər ləkələrini BELƏ ÇIXARIN

Yay aylarında istər işdə, istərsə də gəzintidə geyinməyi seçdiyimiz ağ köynəklər bəzən inadkar ləkələrlə qarşılaşa bilər. Ağ köynəklərin gözəl görüntüsünə zərər verən və gündəlik həyatda onları geyinməyimizə mane olan bu ləkələrdən biri də tərləmə nəticəsində yaranan ləkələrdir.

Bu ləkələrdən qurtulmaq üçün yalnız yuyucu toz istifadə etmək çox vaxt kifayət etmir.

Bizim.Media xəbər verir ki, xüsusilə qolaltı hissəsində yaranan tər ləkələrini aradan qaldırmaq üçün bu təmizlik tövsiyələrinin əsas nöqtələrini sınaya bilərsiniz.

1. Soda:

Soda, ağ paltarlardakı ləkələrdən qurtulmağın əsas üsulu kimi tanınan təbii bir təmizlik məhsuludur. Bu metodu tətbiq etmək üçün bir az sodanı su ilə qarışdırın. Hazırladığınız qarışımı ləkənin üzərinə çəkin və yumşaq bir fırça ilə fırçalayın. Daha sonra 30 dəqiqə gözləyin, ilıq su ilə durulayıb paltaryuyan maşında yuyun.

2. Ağ sirkə:

Asidik tərkibi sayəsində ağ sirkə, sararmaya səbəb olan bakteriyaları yox edir. Ağ sirkə ilə ləkələri təmizləmək üçün bərabər miqdarda su və ağ sirkəni sprey şüşəsində qarışdırın. Sonra bu qarışımı ləkənin üzərinə püskürdün və 20 dəqiqə gözləyin. Daha sonra köynəyi paltaryuyan maşında yuyun.

3. Limon və duz:

Limonun turş tərkibi və duzun aşındırıcı gücü birləşəndə ləkələrdən asanlıqla qurtulmaq mümkündür. Bu üsulu tətbiq etmək üçün limonu iki yerə bölün. Açıq hissəsinə bol miqdarda duz səpin. Ləkəli hissəni bu şəkildə bir neçə dəqiqə ovalayın. Sonra köynəyi 30 dəqiqə günəş altında saxlayın və ləkəni təmizləyin.

4. Aspirin:

Aspirin də ləkələrə qarşı ağardıcı təsir göstərən məhsullardan biridir. Bu üsulu tətbiq etmək üçün iki ədəd aspirini əzib bir stəkan isti su ilə qarışdırın. Sonra tər ləkəsi olan hissəni bu suya salın və bir neçə saat saxlayın. Sonda köynəyi paltaryuyan maşında yuyaraq ləkədən xilas ola bilərsiniz. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO