Allahşükür Paşazadə: “Erməni kilsəsi dini dövlət yaratmaq istəyir”

“Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub”.

Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında deyib.

O qeyd edib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır:
 

"Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər… Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmüədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər.


Bəli, reallıq budur – dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin, Vatikansayağı qriqoryan dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO