Türkiyənin İstanbul şəhərində azərbaycanlı piyada faciəli şəkildə həyatını itirib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Küçükçekmece rayonunda baş verib.
Belə ki, səki ilə hərəkət edən Azərbaycan vətəndaşının halı qəfil pisləşib və yola yıxılıb. Bu zaman hərəkətdə olan mikroavtobus onun üzərindən keçib. Nəticədə o, həyatını itirib.
Hadisə anının görüntülərini təqdim edirik:
Bizim.Media