Qurbağa əti MASAMIZDA – Haramdır, yoxsa DELİKATES?

Son günlər sosial şəbəkələr vasitəsilə qurbağa satışının sürətlə artdığı müşahidə olunur. Dəniz məhsulları ticarəti ilə məşğul olan satıcılar bildirir ki, qurbağa ətinə maraq xeyli artıb. Dadı toyuq ətindən fərqlənməyən qurbağanın bir ədədinin qiyməti ölçüsünə və ətinin yumşaqlığına görə 2-3 AZN arasında dəyişir.  Xüsusi növ yetişdirilmiş bu qurbağalar delikates sayılır və dondurulmuş şəkildə Asiya ölkələrindən idxal edilir.  

Mövzu ilə bağlı Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun fikirlərini öyrəndik.

“Biz yad yeməklərə qarşı çıxdıqca maraq çoxalır”

“Qurbağa ətinin yeyilməsinin İslam dinində qadağan olub-olmamasını dəqiq bilmirəm, amma qadağan deyilsə, hər halda yeyilməsində elə bir problem görmürəm. Bildiyim qədərilə bu qurbağalar qida məqsədilə xüsusi yetişdirilir və xarici ölkələrdə yaxşı satılır. Fransa, Çin və bir çox ölkələrdə üstünlük verilir. Dadı da balıq əti ilə toyuq ətinin qarışığının tamını verir. Əlbəttə mətbəximizə gətirilməsəydi, daha yaxşı olardı. Amma bizim deməyimizlə deyil, qurbağa ətini satmaq istəyən satacaq, dadmaq istəyən dadacaq. Bir vaxtlar çay da, qəhvə də yad idi. Amma indi hər kəs istifadə edir. Nə qədər MakDonalds yeməklərinin ziyan olduğunu dedik. Əhəmiyyət verən olmadı. Tam əksinə, biz qarşı çıxdıqca maraq çoxaldı. Yəni antireklam onlara reklam oldu, işinə yaradı. Bəlkə indi tərsini etsək, əks təsir göstərər. Qurbağa ətindən yeyin, xeyirlidi deyək, yeməsinlər. Amma istənilən halda qarşı çıxmaqla deyil”.

Qeyd edək ki, suda-quruda yaşayan heyvanların yeyilməsinin İslamda caiz olması ilə bağlı müxtəlif fikirlər var. Məsələn, tısbağa yumurtasını quruda qoyduğu üçün onu şəriətə uyğun qaydada kəsib yemək olar. Siçan, əqrəb, kərtənkələ, timsah, qurbağa yemək halal buyurulmur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO