SAT imtahanı ilə ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!

“ADA” və İtaliya-Azərbaycan Universitetinin (layihə “ADA” Universiteti tərəfindən həyata keçirilir) ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən az 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75 və ya Duolingo English Test üzrə minimum 105 balı olan abituriyentlər də buraxılacaqlar.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ingilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəf-fəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Riyaziyyat”, “Biznesin idarə edilməsi”, “İqtisadiyyat” və “Maliyyə” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən az 600 bal toplamaları tələb olunur.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

İyunun 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı (//www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;

Mayın 21-dən iyunun 30-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə (//eservices.dim.gov.az/erizebak/sat) qeydiyyatdan keçirlər;

İyunun 30-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və “ADA” Universitetinə elektron şəkildə göndərirlər.
 

Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün fevralın 20-dən martın 5-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.


“ADA” və İtaliya-Azərbaycan Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə “məqbul” almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO