Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”

Son illərdə süni intellekt sürətlə inkişaf etdikcə daha çox fəaliyyət sahələrini əhatə edir. Süni intellekt təkcə peşəkar səviyyədə deyil, həvəskar şəkildə də geniş istifadə olunur. Gündəlik həyatımızda da ən yaxın köməkçimizə çevrilmiş süni intellekt təkcə məlumatların təhlilini, dəqiqləşdiriləməsini, mətnlərin tərcüməsini, vəziyyətin proqnozlaşdırılmasını təmin etmir, həmçinin rəsm, bədii ədəbiyyatda da öz məharətini göstərir. Süni intellekt vasitəsilə yazılan şeirlər, bəstələnən mahnılar heç də insan əməyindən geri qalmır.

Bəs görəsən süni intellekt peşəkar bəstəkarların fəailiyyətini kölgədə qoya bilərmi

Məsələ ilə bağlı Bizim.Media-ya danışan bəstəkar Xanım İsmayılqızı süni intellektə güvənmədiyini bildirdi:

“Hər mənada süniliyin əleyhinəyəm”

“Artıq süni intellektin məhsullarını görürük, eşidirik, 3-5 aylıq ömürləri var. Onların ömrü qısadır. Ümid edirəm ki, yeni nəsil arasında təkcə əlləri, ayaqları yox, başı və ürəyi işləyənlər də olacaq. Mən hər mənada süniliyin əleyhinəyəm. Buna görə də süni intellektdən faydalanmaram”.

Bəstəkar süni intellektin məhsullarını son zamanlar artmaqda olan bayağı musiqilərlə müqayisə etdi:

“Elə bu gün də səviyyəsiz ara mahnılarını dinləyən və belə musiqilərə üstünlük verən dinləyici ordusu var. Bu səviyyəsiz sözləri və musiqiləri ki süni intellekt yaratmayıb. Mənə elə gəlir ki, bu mahnıları ortaya çıxaran adamlar, süni intellektdən daha təhlükəlidirlər”.

“Süni intellekt insanlığın sonu deməkdir”

Bəstəkar Gövhər Həsənzadə də süni intellektə qarşı olduğunu deyib. “Təkcə musiqi deyil, kitab, elmi əsər hər hansı süni intellekt məhsulunun əleyhinəyəm. Çünki nəzarətdən çıxmış, müəllif hüquqlarının tənzimlənmədiyi hər şey istinad mərkəzinə  çevrilir. Zehni məhsulu təsdiqləyən qurumun və ya müəllifin imzası, möhürü olmalıdır.  Süni intellekt insanlığın sonu deməkdir. Onsuz da tam işlək olmayan insan beyninin süqutudur. Süni intellektlə yaradılmış melodiyalar tam olaraq kimə aiddir?  Onlarım müəlliflik hüquqları alınıbmı? Süni intellektə adi bir söz qoyursan, sənə tam məhsul verir. O məhsulun yaradıcısı olan insanın bundan xəbəri varmı ki onun beyninin məhsulundan dünyanın harasındasa bir ideya kimi istifadə olunur?

“Süni intellekt hazır məhsulu ortaya qoyur”

Bəstəkar maraq üçün süni intellekti müşahidə etdiyini bildirib:

“Musiqinin harmonik dilini dəyişdirir və insanların təfəkkürünün hazır məhsulunu ortaya qoyur. Düşünürəm ki, hansı inkişaf mərhələsində olursa olsun heç nə təbiətin yaratdığından üstün ola bilməz. Musiqi insanla Tanrı arasında ilahi bir vasitədir, canlı bağlantıdır. Bu qanunauyğunluğu heç bir süni vasitə poza bilməz. Musiqi insanın beynində başlanır və bitir. Süni intellektin yaratdığı melodiyanı ümumiyyətlə yaradıcılıq məhsulu saymıram. O sadəcə ifaçı təfəkkürünün məhsuludur”.   

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Laçında ayı üç balası ilə görüntüləndi - VİDEO

Bu ödənişlər nağdsız OLACAQ

Bu ödənişlər nağdsız OLACAQ

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Cennifer Lopezin bu davranışı bəyənildi – VİDEO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - Detallar - FOTO

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

Tramp: "Hörmüz boğazı yalnız İran üçün bağlıdır"

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

End of content

No more pages to load

RADİO