Təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün vəfat edib.
Bizim.Media xəbər verir ki, qazi Zeynal Şahhüseynov Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
Bizim.Media