Zabitlərin ixtisasdəyişmə və təkmilləşdirmə kursları başa çatdı - FOTO

Əlahiddə Ümumqoşun Orduda zabitlərin ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mübariz Rzayev kurslara cəlb edilmiş zabitlərin ixtisaslarına uyğun nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdiyini, məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldiyini qeyd edib.

Məzunlar adından Eşqin Misirxanov Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, kurslarda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz verib.

Şəxsi heyəti Milli Qurtuluş Günü münasibətilə təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində Naxçıvanda hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür.

Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. Ordumuzun uğurlarında, taktiki təlimlərində, qazanılan zəfər və qələbələrində hərbi qulluqçuların kurslar zamanı əldə etdikləri bilik, bacarıq və peşəkarlıq öz sözünü deyir. Təbii ki, bütün bunlar da Naxçıvan Muxtar Respublikasında hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları barədə əmrlər mərasim iştirakçılarına çatdırılıb.

Sonra məzunların tribuna önündən təntənəli keçidi olub və xatirə şəkili çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Açılış matçında təhlükəsizliyi 50 min polis QORUYACAQ

DÇ-2026: Açılış matçında təhlükəsizliyi 50 min polis QORUYACAQ

Azərbaycanda günəş panellərinin istehsalı üzrə zavod tikiləcək

Azərbaycanda günəş panellərinin istehsalı üzrə zavod tikiləcək

Gəmiyə hücumda həyatını itirən kapitan doğma kəndində torpağa tapşırıldı – VİDEO

Gəmiyə hücumda həyatını itirən kapitan doğma kəndində torpağa tapşırıldı – VİDEO

Ozobiç “Turan Tovuz”dan GETDİ

Ozobiç “Turan Tovuz”dan GETDİ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU

"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU

"Kəpəz" klubu serbiyalı mütəxəssisə tapşırılır - FOTO

"Kəpəz" klubu serbiyalı mütəxəssisə tapşırılır - FOTO

Tovuzda yağışdan sonra keçidlərə su doldu – VİDEO

Tovuzda yağışdan sonra keçidlərə su doldu – VİDEO

Azərbaycanda toylarla bağlı qayda dəyişir – Artıq belə olacaq

Azərbaycanda toylarla bağlı qayda dəyişir – Artıq belə olacaq

Azov dənizində həlak olan gəmi kapitanı Neftçalada dəfn olundu - FOTO

Azov dənizində həlak olan gəmi kapitanı Neftçalada dəfn olundu - FOTO

Növbəti 6 gün leysan olacaq - XƏBƏRDARLIQ

Növbəti 6 gün leysan olacaq - XƏBƏRDARLIQ

Məhkəmə "Arzum"un arzusunu ürəyində qoydu - VİDEO

Məhkəmə "Arzum"un arzusunu ürəyində qoydu - VİDEO

Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO

Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO

Bakının mərkəzindəki yanğın məhdudlaşdırıldı - FOTO -VİDEO

Bakının mərkəzindəki yanğın məhdudlaşdırıldı - FOTO -VİDEO

İmtahana gedən tələbə quyuya düşdü – VƏZİYYƏTİ AĞIRDIR – VİDEO

İmtahana gedən tələbə quyuya düşdü – VƏZİYYƏTİ AĞIRDIR – VİDEO

Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?

Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?

Rusiya Ermənistana göndərdiyi qazın qiymətini artırıbmı? – RƏSMİ CAVAB

Rusiya Ermənistana göndərdiyi qazın qiymətini artırıbmı? – RƏSMİ CAVAB

Dünyanın ən etibarlı avtomobilləri BƏLLİ OLDU - SİYAHI

Dünyanın ən etibarlı avtomobilləri BƏLLİ OLDU - SİYAHI

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

DSMF-nin gəlir və xərcləri AÇIQLANDI - FOTO

DSMF-nin gəlir və xərcləri AÇIQLANDI - FOTO

Krasnodar hava limanında 34 reys təxirə salındı

Krasnodar hava limanında 34 reys təxirə salındı

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

End of content

No more pages to load

RADİO