"Əslində yığılan ballar məktəbin yox, repetitorların və valideynlərin naliyyətidir"

“İlk baxışdan məktəblərimizdə kişi müəllimlərin sayınınxa0 az olması heç kimə dəhşətli görünməsə də, təxminən iyirmi ildən sonra bunun çox ciddi fəsadları olacaq”

“Nisbət çox ciddi şəkildə qadın müəllimlərin tərəfinə dəyişir. Hətta bəzi hallarda klassik olaraq əmək, fiziki hazırlıq dərslərini belə qadın müəllimləri keçirlər”

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova məktəblərimizdə kişi müəllimlərin sayının az olmasına münasibət bildirərkən deyib:

“Bu çoxdan, təxminən iyirmi il əvvəlxa0 yaranmış bir tendenasiyadır. Nisbət çox ciddi şəkildə qadın müəllimlərin tərəfinə dəyişir. Hətta bəzi hallarda klassik olaraq əmək, fiziki hazırlıq dərslərini belə qadın müəllimləri keçirlər. Ümumiyyətlə,xa0 təhsilin ən vacib komponenti olan tərbiyəni sonuncu sıraya keçiriblər və bununla da bütün təhsilin mahiyyətin pozublar. Bu gün məktəblər hesabatı şagirdlərin nə qədər bal toplaması və univeristetlərə qəbul olunması şəklində verir. Yığılan ballarla məktəbin yaxşı və ya pis olması təyin olunur. Əslində yığılan ballar məktəbin yox, repetitorların və valideynlərin naliyyətidir. Amma əsas məsələ odur ki, ən tanınmış məktəblərdə belə tərbiyə baxımından ciddi problemlər yaşayan şagirdlər var və buna görə müxtəlif hadisələr də baş verir. Heç kim məktəblərdən hesabat almır ki, neçə şagirdin tərbiyəli şəkildə məktəbi bitirib, əsgər getdi? Tərbiyə problemlərinin də bir hissəsi müəllimlərin üzərinə düşür”.xa0xa0

G.Əhmədovanın kişi müəllimlərin sayını artırmaq üçün əmək haqlarının yüksəlməsinin vacibliyini vurğulayıb:

“Kişilərin müəllim sənətinə meyl etməməsinə səbəb əmək haqqı ilə bağlıdır. Kişi müəllimləri ailə başçısıdır və onun ailəsində iki övladı varsa, dolanışığı üçün ona 1000-1200 manat pul lazımıdır. Bəzən deyirlər ki, “Yaxşı müəllimin şagirdləri olur və onlara dərs deyib, yüksək məbləğdə pul qazanır”. Söhbət ondan gedir ki, bunu deyənlər heç vaxt müəllim işləməyən adamlardır. Özüm uzun illər orta məktəbdə müəllim işləmişəm və repetitor da olmuşam. Bunun necə bir çətin və əzablı olduğunu hamıdan yaxşı bilirəm. Ona görə də konkret olaraq müəllimlərin əmək haqqı məsələsinə ciddi sürətdə baxılmalıdır”.

G.Əhmədovanın dediyinə görə kişi müəllimlərinin sayının az olması gənclərimizin müxtəlif təriqətlərə qoşulmasına da səbəb olur:

“Azərbaycanda dövlət məktəblərində kişi müəllimlərinin olmaması “nazlı oğlanların” sayının artmasına və gənclərimizin müxtəlif təriqətlərə qoşulmasına səbəb olur. Oğlanlar həmişə özlərinə güclü bir kişi tapmaq istəyirlər ki, ona oxşasınlar. Amma hamının evində bənzəmək istədiyi atası yoxdur. Əgər kişi müəllim məktəbdə varsa, oğlan uşaqları onun başına toplaşır. Məktəblərdə əsasən əmək, idman və hərbi hazırlıq dərslərini kişi müəllimləri keçməlidir. Əgər bu gün o, kişi müəllimləri yoxdursa və uşaqlar onun başına toplaşmaqdan məhrumdurlarsa, onlar müxtəlif istiqamətə yönəlirlər. Bunların hamısı çox ciddi pedoqoji və psixoloji məsələlərdir. İlk baxışdan məktəblərimizdə kişi müəllimlərin sayınınxa0 az olması heç kimə dəhşətli görünməsə də, təxminən iyirmi ildən sonra bunun çox ciddi fəsadları olacaq. Kişi müəllimlərini orta məktəbə cəlb etməyin yeganə yolu onların əmək haqlarının yüksəlməsidir”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

End of content

No more pages to load

RADİO