Loğman intim sirləri AÇDI - Cinsi fəallıq yaşdan asılı deyil!

“Məndən tez-tez soruşurlar: “İnsan neçə yaşa kimi cinsi fəallığını qoruyub saxlaya bilər?”. Aktuallığı günbəgün artan bu suala, bir qayda olaraq, dahi Amerika naturopat alimi Pol Breqqin sözləri ilə cavab verirəm. O deyirdi: “Mən 40 yaşlı qoca da tanıyıram, 90 yaşlı gənc də””.

Bizim.Media xəbər verir ki, bunu tanınmış loğman Ərşad Əzimzadə, bildirib.

O deyib ki, erkəklə dişinin vəhdəti canlı varlıqların mövcudluğunu təmin edir. Bu vəhdət mövcud olmasaydı, bəşəriyətdə nəsil artımı baş verməzdi.
 

Ə.Əzimzadənin sözlərinə görə, insanlarda cinsi akt həm fiziki, həm də mənəvi tələbatdır.



“Sağlam həyat tərzinin köməyi ilə 9 ağır xəstəliyə qalib gələn və uzun illər gənc qalan amerikalı alim Pol Breqq 95 yaşın içində olanda da hər səhər, sübdən durar, su xizəklərini götürüb sahilə gedər, onları taxıb, şaha qalxan dalğaların üstündə, balıq kimi üzərdi. Axşamlar isə rəqs meydançasına gedib gənc qızları yorardı. Belə günlərin birində güclü qasırğa qalxdı və faciə baş verdi. 95 yaşlı bu gənc yataqda xəstəlikdən ölmədi, təbii fəlakətdən öldü. Onun cəsədini yaran həkimlər şahid oldular ki, 95 yaşlı “qocanın” daxili orqanları, vətərləri və damarları 18 yaşlı gəncinkindən möhkəm və elastikdir.

Deməyim budur ki, zehni fəallıq kimi, cinsi fəallıq da yaşdan deyil, insanın yaşadığı həyat tərzindən asılıdır”, - Ə.Əzimzadə deyib.

Onun sözlərinə görə, hər şeyin başında qida mədəniyəti durur:

“Çörəyi və un məmulatlarını, əti və yağı, şəkəri və şəkərli məmulatları süfrənin şahına çevirən, üstəlik, uzlaşmayan (müxtəlif mədə şirəsi tələb edən) qidaları qarışdıran qadın və kişilər çox erkən qocalır və cinsi fəallığını çox tez itirir. İndi qadınların çoxunda 45-50 yaşda klimaks prosesi başlayır və onlar ana olmaq qabliyyətini itirirlər. Halbuki sağlam həyat tərzi keçirən qadınlar 70-80 yaşda da ana olmaq qabliyyətini saxlayır. Təbiətin əbədi qanunu belədir. Çünki insan uzunömürlü (200-300 il və daha çox) canlıdır.

Qadınların ahıl vaxtda da imitasiya etmək, yataqda özlərini fəal kimi göstərmək və intim əlaqəyə girmək imkanı olduğu halda, erkən “kişilikdən düşən” cavan kişilərin belə imkanı olmur. Onlar öz həyat yoldaşı qarşısında “kişilik borcunu” yerinə yetirə bilmirlər və dərin xəcalət hissi keçirirlər. Bəzən belə hallar ailədə münaqişələrə, hətta, ailənin dağılmasına səbəb olur”.

Ə.Əzimzadə deyib ki, bəzi kişilərdə belə yanlış fikir formalaşıb ki, nə qədər çox ət və yağ yesə, cinsi fəallıq bir o qədər güclü olacaq:

“Əslində isə bunun tərsi baş verir. Çünki ət və yağ ən gec (3-5 saat) həzm olunan qidadır, onlar həzm olunmaq, çevrilmək və mənimsənilmək üçün orqanizmdən külli miqdarda enerji alır. Çoxlu ağır xəstəliyin törəməsinə səbəb olan və ailə büdcəsinə ağır zərbə vuran bu zərəli qidaları çox rahatlıqla qoz, fındıq, badam, şabalıd, fısdıq, yerfındığı və s. ilə əvəz etmək olur. Düz 30 ildi onlar mənim süfrəmin şah nemətinə çevrilib. Nəticə də çox gözəldir”.
 

Loğmanın sözlərinə görə, əgər cinsi fəallığı təmin edən birinci vasitə düzgün qidalanmaqdırsa, ikinci vasitə faydalı hərəkətdir.


“Hər gün 8-10 kiliometr yerimək (buna az məsafədən başlayıb, artıra-artıra tədricən gəlmək lazımdır), üzmək, yapon alimi Nişinin təmrinlərini (mənim əlavələrimlə bərabər) yerinə yetirmək insanın cismini də, ruhunu da saflaşdırır, cinsi fəallığını artırır. Belə adamın bədənində bir qram artıq ət qalmır, daxil olan enerji (qida) dərhal yanıb enerjiyə çevrilir, o cümlədən, sperma şəkilində bədəndən çıxır. Bədənini ət və piy basan qadında və kişidə təkcə cinsi həvəs deyil, ümumiyyətlə, yaşamaq və yaratmaq eşqi sönür, sağlam düşünmək qabliyyəti ölür, onlar pinti mədənin, pulun, sərvətin və vəzifənin müti quluna çevrilir.

Birdəfəlik yadda saxlayın: damarlarda zəngin qan axmırsa, ana təbiətin yaratdığı ən mükəmməl “aparatı”, yəni, orqanizmi sağlam saxlamaq, yataqda fəal olmaq mümkün deyil. Zəngin qanı isə yalnız sağlam həyat tərzinin köməyi ilə yaratmaq olur. Sağlam həyat tərzinin fəqərə sütunu isə düzgün qidalanmaqdır. Ona elmi dildə pəhriz deyirlər”. (Modern)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO