Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.

Bizim.Media “sfera.az”a istinadən xəbər verir ki, həmin məlumatda zibil poliqonunun Ağdaş rayonuna məxsus olduğu qeyd edilir.

Xəbərdə bildirilir ki, rayonun Qəribli kəndində böyük "zibillik" poliqonu mövcuddur və burada tullantılar "unudulub", tullantıların idarə edilməsi həyata keçirilmir. Əldə etdiyimiz məlumata əsasən, sözügedən "zibillik" poliqonu coğrafi baxımdan Ağdaş rayonunun Qəribli kəndinin ərazisi ilə əhatə olunsa da buranın idarə edilməsi Ağdaş rayonuna aid deyil.



Bərk məişət tullantılarının saxlanıldığı ərazi Yevlax rayonun inzibati idarəçiliyindədir. Yəni, tullantıların yığılması, daşınması, saxlanılması və zərərsizləşdirilməsi işləri Yexlax rayonunun aidiyyatı qurumları tərəfindən həyata keçirilir.

Sözügedən poliqon 30 ildir ki, mövcuddur. Ağdaşın adıçəkilən kəndinə gedən yol məhz bu poliqonun ərazisindən keçir. Buna görə də bəzi adamlarda elə təsəvvür var ki, bu ərazi də Ağdaş rayonuna aiddir. Amma poliqon Yevlax rayonuna məxsusdur.



O da məlum oldu ki, "zibillik" poliqonu kimi tanınan ərazilər Azərbaycanın bütün rayon və şəhərlərində mövcuddur. Bu xüsusi ərazilər Azərbaycanın müvafiq qanunlarına və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq yaradılır. Poliqonlar yaşayış məntəqələrində sanitariya, gigiyena və ekoloji vəziyyəti normallaşdırmaq üçün toplanan bərk məişət tullantılarının idarə edilməsi üçün yaradılır. Yaşayış məntəqələrindən toplanan bərk məişət tullantılarının müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi məhz bu ərazilərdə həyata keçirilir. Qaydalara görə, yaşayış məntəqələrindən toplanan bərk məişət tullantılarının xüsusi ayrılan ərazidən başqa yerlərdə saxlanılması, toplanması icazə verilmir, tullantılar bu ərazilərdə zərərsizləşdirilməlidir.

Buna görə də bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi ərazisi seçilən zaman onun yeri tələblərə uyğun olaraq müəyyənləşdirilir.



Tələblərə əsasən, sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmur, qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olur, çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində, turizm və rekreasiya zonalarının ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili edilmir.

Bu baxımdan Yevlax rayonuna aid olan bərk məişət tullantılarının saxlandığı və zərərsizləşdirildiyi poliqon da tələblərə uyğundur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO