Pulumuzu saxlamaq üçün ən ETİBARLI YER – Oğurlansa belə, kompensasiya ödənilir

Xəbər verdiyimiz kimi mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur:

“Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var” .

Ümumiyyətlə bank kartlarından pul çəkilmə halları günbəgün artır.

Bu məsələdə isə ən böyük günahkar kart sahibləridir. Onlar sahib olduqları bank kartlarının məxfi məlumatlarını bilərəkdən və yaxud bilməyərəkdən dələduzlara verməklə qurbana çevrilirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, kartlardan pulların çəkilməsi ilə mübarizədə mətbuat və hüquq mühafizə orqanları çox iş görür:

“Bu məsələdə hər iki sahənin əməkdaşları faydalı fəaliyyətə görə bank sektorunu kölgədə qoyur. Nəzərə alaq ki, məsələ ilə bağlı banklar heç də istənilən səviyyədə təbliğat aparmırlar.

Bütün çağırışlara, xəbərdarlıqlara rəğmən hər gün bank kartlarından böyük ölçüdə pullar oğurlanır. Bu məsələdə isə məsuliyyət 99 faiz vətəndaşın üzərinə düşür. Vətəndaşa gələn şirnikləndirici mesaja və zəngə görə bir çox vətəndaşlar çox asanlıqla fırıldaqçıların qurbanına çevrilir. Axı, iştirakçısı olmadığın bir yarışmanın necə qalibi ola bilərsən?

Hələ onu demirəm ki, yaxınlarının adıyla zəng edib onlardan pul istəyirlər və yaxud pul göndərməyi vəd edirlər. Təbii ki, müştərisi olduğun bankın da adından zənglər olur. Amma bütün hallarda vətəndaş gələn zənglərə inanmamalı, onu araşdırmalı və sonra qərar verməlidir. Ən əsası şirnikləndirici və təhdidedici zənglərə inanmamaq lazımdır”.

Bəs, pullarımız üçün ən təhlükəsiz yer haradır?

Müsahibimiz deyir ki, pulları saxlamaq üçün ən sərfəli və etibarlı yer banklardır:

“Banklarda açılmış xüsusi hesablarda pul saxlamaq daha yaxşıdır. Çünki həmin vəsait ilk növbədə sığortalanır. İkincisi isə qoyulan əmanətə illik faiz hesablanır. Eyni zamanda bank hesabından pul çəkilməsi kifayət qədər çətindir. Doğrudur, bank kartları da etibarlıdır. Məsələn 15 ildir ki, bütün ailə üzvlərimiz bank kartlarından istifadə edir. Ötən 15 ildə heç bir fırıldaqçılıqla üzləşməmişik. Halbuki dələduzlar bizə də zəng edib gah şirnikləndirici vəd veriblər, gah da kartın gizli məlumatlarını əldə etmək üçün müxtəlif fikirlər səsləndiriblər. Lakin biz belə mesajlara və zənglərə heç zaman reaksiya verməmişik.

Çox təəssüf ki, bəzi insanlar öz sadəlöhvlükləri və yaxud tamahları ucbatından dələduzların toruna düşüblər. Və qurbana çevrildikdən sonra da kimlərisə günahkar çıxartmağa çalışırlar. Unutmayaq ki, heç bir bank istəməz ki, müştərisi ziyan görsün. Amma bankın imkanı yoxdur ki, hər müştərinin yanında bir nəzarətçi saxlasın. Bu məsələdə bütün məsuliyyət kart sahibinindir. Vəssalam!”.

Qeyd edək ki, Azərbaycanda illik faiz dərəcəsinin yuxarı həddi 12 faizdədək olan bank əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO