Göyçayda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Bığır kənd sakini, 1962 təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb. Ağır bədən xəsarəti alan yaralı dünən yaşadığı evdə ölüb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu