Daşkəsən rayonunda zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Zəhərlənən ailə üzvlərinə ilkin tibbi yardım göstərib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu