Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata APARDI

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl "Bolt" platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, "Viktoriya" restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.

Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib.

Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, "Mosbet" mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.

Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona "səhv nömrəyə zəng etdiyini" deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.

Məhkəmənin qərarına əsasən, Xalid Məmmədova 2 günlük həbs müddəti nəzərə alınmaqla 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş vermişdi. Belə ki, bir nəfər Nizami küçəsindən (Tarqovı) Nəsimi rayonuna getmək üçün ayıq sürücü çağırmış, lakin sürücü içkili müştərinin kartından 7 manatlıq ödəniş əvəzinə 700 manat çəkmişdi. Həmin şəxs də məhkəmə qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

End of content

No more pages to load

RADİO