Allergiya müalicəsi də icbari tibbi sığorta ilə QARŞILANIR

Yaz fəslində allergik hallar kəskinləşir. Xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur. Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

Bizim.Media xəbər verir ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə allergiyaların diaqnostika və müalicəsi üzrə geniş spektrli tibbi xidmətlər qarşılanır. 2024-cü il ərzində allergiyaların diaqnostika və müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 20 065 tibbi xidmət icra olunub.

Xidmətlər Zərfində yer alan bu xidmətlər allergiyaların səbəblərinin dəqiq müəyyən edilməsinə və fərdi müalicə planının hazırlanmasına şərait yaradır. Allergiyanın səbəbini müəyyən etmək üçün qanda allergenə qarşı anticisimlərin təyininə əsaslanan spesifik IgE və IgG testləri aparılır.

Allerqoloji panellər antibiotiklərə, qidaya, tənəffüs allergenlərinə qarşı spesifik allergiyaların müəyyən olunmasına xidmət edir.

Bu panellər arasında pediatrik variant da mövcuddur ki, bu da xüsusilə uşaqlarda tez-tez rast gəlinən allergik halların aşkarlanması üçün nəzərdə tutulub. Allergik panellərin məqsədi xəstənin allergiyasının səbəbini dəqiq müəyyən etməklə həkimlərə fərdi və effektiv müalicə planı hazırlamağa imkan verməkdir. Bu müayinələrlə yanaşı, tibbi göstərişə görə digər tələb olunan müayinələr də (qanın ümumi və biokimyəvi analizi, rentgen, ultrasəs müayinəsi və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sözügedən müayinələr təngnəfəslik, boğulma, hipotoniya (təzyiqin enməsi), ödem, asqırma, burun tutulması, dəri reaksiyaları (qaşınma, səpgi və s.), konyuktivanın hiperemiya və ödemi, eləcə də digər allergik şikayətlərin səbəbini dəqiq müəyyən etməyə imkan verir.

Həmçinin tibbi göstərişə əsasən allergik xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sığortaolunanlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator və instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün qeyd edək ki, allergik reaksiyalar - allergenin dəri ilə birbaşa təması, nəfəsalma zamanı tənəffüs yollarına, qida qəbulu ilə həzm sisteminə düşməsi, həşərat sancmaları və digər səbəblərdən baş verə bilər. Ən çox yayılmış allergenlərə heyvan tükləri, toz, qida, kosmetika, dərmanlar, bitki tozcuqları, nikotin tüstüsü və s. aiddir. Allergik reaksiyalara həzm pozğunluqları, bağırsaqlarda iltihablı proseslər və qurd invaziyaları da səbəb ola bilər. Kiçik uşaqlarda allergiyanın səbəbi ana südü ilə qidalanmadan imtina və süni qidalanmaya keçid ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO