Azərbaycanlı Vəfadarla gürcü qızının maraqlı HƏYAT HEKAYƏSİ – Cütlük niyə dağlara QAÇIB? – FOTO

Bu cütlük nə az, nə çox 40 ildir bir yerdədirlər. 40 illik ailə həyatının özəl, maraqlı, həm də çətin məqamları var.

Bu barədə Vəfadar və Alyona Abdullayevanın qızları Leyla Abdullayeva Bizim.Media-ya danışıb.



Onun sözlərinə görə atası Vəfadar 40 ildir birgə ömür sürdüyü anası Alyonanı 10-cu sinifdən sevməyə başlayıb. Bir gün qonşu-gürcülərin yaşadığı Kötüklü kəndində bulaq başında Alyonanı görən Vəfadar ona vurulub. Qız isə həmin vaxt 7-ci sinifdə oxuyurmuş. Alyona da onu ilk baxışdan bəyənib. Amma hər iki tərəf bu izdivaca razı olmayıb və etiraz ediblər. 10-cu sinfi bitirəndən sonra Vəfadar hərbi xidmətə gedir. Moskva ətrafında əsgərlikdə olarkən Vəfadar Abdullayev əməliyyat olunur, onun sol tərəfindən, yəni ürəyinin başından Alyonanın şəkli tapılır.

Bu, həm həkimləri, həm də əsgər yoldaşlarını mütəəsir edir.



Vəfadar əsgərlikdən gələndən sonra da gürcü qızını unutmur, onunla sevgi münasibətlərini davam etdirir. Alyonadan oğullarının əl çəkmədiyini görən ailəsi Vəfadarı Rusiyaya göndərir ki, qızı unutsun. Amma Vəfadar nəinki Alyonanı unudur, əksinə onunla əlaqəni möhkəmləndirir. Həmin vaxt Gürcüstanın Tiflis şəhərindəki musiqi məktəbində xor dirijorluğu fakültəsində oxuyan Alyonanı son dəfə görmək adı ilə görüşə çağırır və onu qaçırır...
 

Hər iki tərəf bu evliliyə qəti etiraz edir. Vəfadar Alyonanı doğulduğu Qax rayonuna gətirir. Atasız böyüyən Alyonanın dayıları tüfənglə qapıya gəlir və qızı geri aparmağa cəhd edirlər. Bu zaman Vəfadarın Ənbərçay kəndindəki bibisi onları dağlarda gizlədir.


Bir müddətdən sonra onlar Vəfadarın doğulduğu Qaratala kəndinə gəlirlər. Bu, onların işi polusə düşəndən sonra mümkün olur. Polis şöbəsində azərbaycanlı Vəfadarla könüllü qaçdığını etiraf edən Alyonanı axır ki, ər evində qəbul edirlər. Qızla isə dayıları və ana nənəsi 6 ildən sonra barışırlar.



Çoxlu çətinlik, din və dil ayrı-seçkiliyi yaşasa da, Alyona dözümlülük nümayiş etdirir və ailəsini dağıtmır.

Hazırda Qaxın Qaratala kəndində yaşayan Abdullayevlər ailəsi gözəl, beynəlmiləl ailə modeli yarada biliblər. 3 övlad, 8 nəvə sahibidirlər. Bir neçə gün əvvəl birgə ailə həyatlarının 40 illiyini qeyd ediblər.

Bu ailənin timsalında “sevgi-məhəbbət sərhəd və millət tanımır” deyimi lap yerinə düşür...










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO