Tərtərdə qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayonun Poladlı kənd sakini 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov 1990-cı il təvəllüdlü gəlinini - Rzayeva Hafizəni qətlə yetirib.
Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi deyilir.
Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media