PKK terrorçuları silahlarını 3-4 ay ərzində təhvil verəcək – YOL XƏRİTƏSİ açıqlandı

Türkiyənin “Sabah” qəzeti 1984-cü ildən bu yana qanlı əməlləri ilə on minlərlə türk vətəndaşının həyatına son qoyan PKK terror təşkilatının ləğvi və tərksilah edilməsi qərarından sonra atılacaq addımların yol xəritəsini dərc edib.

Bizim.Media Türkiyə qəzetinin məqaləsinə istinadən xəbər verir ki, terrorçuların silahları təhvil verməsi prosesi 3-4 ay çəkəcək.

Bu müddət ərzində 3400-ə qədər silahlı bölgənin dağlıq ərazilərini, o cümlədən Şimali İraqın Türkiyəyə bitişik ərazilərini tərk edəcək.

Qəzet yazır: “Şimali İraqda silahlıların silah gətirəcəyi üç-dörd nöqtə müəyyən ediləcək. Artıq müvafiq hazırlıqlar gedir və ehtiyat tədbirləri görülüb”. Məqalədə bütün prosesin Şimali İraq Kürd Regional Rəhbərliyi və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə səyləri ilə həyata keçiriləcəyi qeyd edilir.

“Sabah” qeyd edir ki, Türkiyənin dövlət qurumları PKK arsenalında olan silahların təxmini sayını bilir, ona görə də Ankara silah və sursatın hələ də yaraqlıların əlində nə qədər olduğuna dair təsəvvürə malik olacaq.

Terrorçular, həmçinin mağaralar da daxil olmaqla silah anbarlarının yerlərini açıqlamağa məcbur olacaqlar.

Məqalədə vurğulanır:

“Təxminən 3500 RKK terrorçusundan yüzə yaxını kriminal strukturun liderləri arasında yer alır. Bu iki kateqoriyalı yaraqlılar üçün fərqli yanaşma tətbiq olunacaq.

Terror aktlarında iştirak etdiyinə görə axtarışda olmayan yaraqlıların əksəriyyəti Türkiyəyə qayıda biləcək. Türkiyə qanunvericiliyinə onlar üçün iki ildən sonra həyata keçirilməsi planlaşdırılan sosial nəzarət mexanizmi çərçivəsində xüsusi dəyişiklik ediləcək, beləliklə, onların “şərti olaraq” azadlığa buraxılması gözlənilir.
 

Eyni zamanda, PKK terrorçularının liderləri Afrikanın cənubuna və ya bəzi Qərb ölkələrinə gedəcəklər. Şimali İraqda yaşamaq variantı da mümkündür. Eyni zamanda, Ankarada PKK liderlərinin Suriyanın şimalına köçməsi ilə bağlı təkliflər rədd edilib. PKK terror təşkilatının Suriya qanadı olan YPG-yə gəlincə, bu yaraqlılar Suriya Milli Ordusuna birləşdiriləcək”.


Nəşrin məlumatına görə, Suriyada PKK/YPG yaraqlılarına qarşı məhkəmələr Ankara və Dəməşqin birgə səyləri ilə həyata keçiriləcək.

Məqalədə daha sonra diqqətə çatdırılır:

“Terror təşkilatının zərərsizləşdirilməsi prosesinin bu ilin oktyabr ayına qədər yekunlaşacağı güman edilir. Payızda “demokratikləşmə” prosesi başlayacaq və bu proses çərçivəsində Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə də baxıla bilər. Eyni zamanda, Türkiyənin təhlükəsizlik strategiyasına yenidən baxılmayacaq. Ölkənin milli təhlükəsizliyinə təhdidlər aradan qaldırılana qədər antiterror əməliyyatları davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO