Gəncədə baş beyin xəsarətləri alan gənc oğlanın son durumu açıqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2007-ci il təvəllüdlü E.İbrahimov komadadır.
Hadisənin hələlik naməlum şəraitdə kim tərəfindən törədildiyi məlum deyil və polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu