Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başladı – FOTO

Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir 2025-ci il 13-15 may tarixlərində keçirilir.

Bizim.Media xəbər verir ki, Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür. Bu, aviaşirkət nümayəndələrinə, yanacaq və Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.

Açılış mərasimində AZAL QSC-nin prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərdən biri olan AEF-ə ev sahibliyi etməyin əhəmiyyətini vurğuladı:

“Bu mühüm forumun Bakıda təşkil olunması ölkəmizin qlobal aviasiya sektorunda və enerji keçidində artan strateji rolunun göstəricisidir və Azərbaycanın dayanıqlı aviasiya gündəminin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı aviasiyaya və “Net Zero” hədəfinə aparan yol innovativ enerji həllərinin sinerjisini tələb edir və bu həllər yalnız təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar nəticəsində mümkün ola bilər. Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq. AZAL isə, öz növbəsində, aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq, eyni zamanda öz dayanıqlılıq gündəliyini davamlı şəkildə inkişaf etdirəcəkdir.”
 

Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. 13-15 may tarixlərində AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək. Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.


Qeyd edək ki, qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO