Üzeyir Hacıbəyovun ev muzeyində bir gün - FOTOLAR

Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun vəfat etməsindən yetmiş il ötür. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Dahi Bəstəkar 1948-ci il noyabrın 23-də dünyasını dəyişib. Bu münasibətlə Moderator.az saytı olaraq bəstəkarın ev muzeyinə yollandıq.xa0


Bizi muzeyin şöbə müdiri Gülnarə Ələsgərova qarşıladı və bildirdi ki, Üzeyir bəyin ev muzeyi 1915-ci ildə varlı bir şəxsə məxsus olub. Üzeyir bəy isə bu evdə kirayədə yaşayıb. Ev sahibi Üzeyir bəyi tanıdıqdan sonra onu evin birinci mərtəbəsindəki otağından ikinci mərtəbəsindəki otağına köçürüb. Sonra isə başqa bir evə köçən varlı şəxs, evi Üzeyir bəyə verib. Üzeyir bəyə isə 1942-ci ildə “Monolit” adlı binadan ev verildikdən sonra o, evi şəxsi həkimi Ələkbər Əliyevə verir. Hökumət evi Üzeyir bəyin ev muzey edəndə 1973-cü ildə həkimin övladlarını başqa yerdə evlə təmin edirlər. 1975-ci ildə isə muzeyin açılışı olur. Gülnarə xanım deyir ki, indi də həkimin övladları bura gəlib-gedirlər.xa0


Üzeyir bəyin atası Əbdülhüseyn, Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəygil ailədə üç qardaş və iki bacı olublar. Bircə Üzeyir bəydən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü övladı olan Üzeyir bəyin Ağcabədidə doğulmasının maraqlı tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhəsən Xurşidbanu Natəvanın təsərrüfatına rəhbərlik etdiyi üçün ilin çox hissəsini Ağcabədidə keçirib. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə getmək qərarına gəlir. Əvvəlcə bacılarına baş çəkmək üçün Ağdama gedir. Şirin xanımı səkkiz bacısı hərəsi bir gün qonaq edir. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olan oğlunu Ağcabədidə dünyaya gətirir.xa0


Bəstəkarın ev muzeyi 1975-ci il noyabrın 20-də Üzeyir bəyin 90 illik yubileyi münasibəti ilə açılıb. İlk dəfə muzeyin açılması ilə bağlı sərəncamı Heydər Əliyev verib. Muzeyin ilk tamaşaçısı da elə Heydər Əliyev olub. Bununla bağlı muzeydə xatirə şəkilləri də var. Beş otaqdan ibarət olan muzeydə bir sərgi, dörd memorial salonu var ki, məhz dahi bəstəkar həmin otaqlarda yaşayıb yaratmışdır. Üzeyir bəy 1915-ci ildən 1942-ci ilə qədər bu evdə yaşayıb. 1942-ci ildə isə ona “Monolit” adlı binada mənzil verilib və ömrünün son altı ilini də o evdə yaşayıb.xa0


Ü.Hacıbəyov “Koroğlu” və “Sənsiz sevgili canan” romanslarını məhz indi muzey kimi fəaliyyət göstərən evində bəstələmişdir. Bəstəkar on irihəcimli səhnə əsərinin, yeddi opera və üç operettanın müəllifidir. Operalarına “Leyli və Məcnun”, “Şah Abbas və Xurşidbanu Natəvan”, “Rüstəm və Söhrab”, “Harun və Leyla” “Əsli və Kərəm”, “Koroğlu”, “Şeyx Sənan” və bir də yarımçıq qalmış “Şəhrəbanu” operası daxildir.xa0


Eperettalarına isə “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” daxildir. On irihəcimli əsərlərinin doqquzunun həm musiqisini, həm də librettosunu məhz dahi bəstəkar özü bəstələmişdir. O, ilk dəfə 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının təməl daşını qoymuşdur. Musiqi məktəbləri, texnikumları, Azərbaycan dövlət çalğı alətləri orkestrları yaratmışdır.xa0


Bunlar dahi bəstəkarın musiqimizə verdiyi töhfələrdir. Onun təməlini qoyduğu konservatoriyada görkəmli bəstəkarlardan C.Cahangirov, S.Ələsgərov, F.Əmirov, Q.Qarayev, S.Hacıbəyov, Ş.Axundova, Ə.Abbasov, H.Məmmədov, A.Rzayeva, H.Nəcəfova və sair bəstəkarlar təhsil almışlar. Azərbaycan şairlərindən M.Müşfiq və Səməd Vurğun bəstəkarla yaxın dost olublar. Muzeydə hər iki şairlə şəkillər də yer almaqdadır.xa0


Muzey bu gün də cənubi Azərbaycandan, Türkiyədən, Rusiyadan və digər ölkələrdən olan qonaqların marağına səbəb olub. Gülnarə xanımla birlikdə muzeydə gəzib bəstəkarın şəxsi əşyaları ilə də tanış olduq. Hətta muzeydə Hacıbəyovlar ailəsinin Şuşada olan evlərinin maketi də hazırlanıb. Gülnarə xanım bildirdi ki, Qarabağ müharibəsi zamanı ev ermənilər tərəfindən dağıdılsa da, Şuşanın işğalından öncə bəstəkarın əşyalarını Bakıya gətirmək mümkün olub.xa0


Vasif Əlihüseyn
Fotolar müəllifindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fələstinli qaçqınların çadırları su altında qaldı - ANBAAN VİDEO

Fələstinli qaçqınların çadırları su altında qaldı - ANBAAN VİDEO

SON DƏQİQƏ: Suriyada etiraz aksiyaları: Ölənlər və yaralananlar var - VİDEO

SON DƏQİQƏ: Suriyada etiraz aksiyaları: Ölənlər və yaralananlar var - VİDEO

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

End of content

No more pages to load

RADİO