Çəkdiyi videodan sonra zənglər dayanmadı: Xankəndidəki fincan olay oldu... - VİDEO

Artıq bir neçə gündür sosial şəbəkələrdə Xankəndidə yaşamış ermənilərin evində çəkilən görüntülər viral olub.

Bizim.Media xəbər verir ki, üzərində Azərbaycan adarı yazılan fincan videonu çəkən şəxsin diqqətini cəlb edib.
 

Belə ki, fincanın üzərində “Əlidən qızı Fəridəyə hədiyyə" sözləri və "1.07.85” tarixi yazılıb. Sözügedən video sosial şəbəkələrdə bir milyondan çox baxış toplayıb.


“Ölkə.az” videonu çəkən “Qobustan” futbol klubunun prezidenti Taleh Gülməmmədovla həmsöhbət olub.

O deyir ki, fincanı tapanda onun Xankəndidə yaşamış azərbaycanlıya aid olduğunu düşünüb:


“Xankəndi şəhərinə işlə bağlı ezamiyyətə getmişdim. Orada səfərdə olmaq mənim üçün də maraqlı səfər oldu. Gəzinti zamanı evlərin birində bu fincana rast gəldim. Həqiqətən bunu tapdığım zaman özüm də çox kövrəldim. O andakı hisslərimi sözlə ifadə edə bilmərəm. Çox sevindim. Paylaşanda ümid edirdim ki, sahibi tapılacaq. Paylaşım etdikdən sonra fincanın sahibi mənim şəxsi səhifəmə yazdı və dedi ki, fincan mənə aiddir. Mən də ondan sübut üçün sənəd istədim. Məlum oldu ki, bu əşya həqiqətən də həmin insanlara məxsusdur. Xankəndidən qayıtdıqdan sonra əşyanı sahibinə verdim. Çox sevindim ki, əşya öz sahibinə qayıtdı”.

Axtarışlarımız nəticəsində əşyanın sahibini tapıb onunla da danışmaq fürsətimiz oldu. Fincanın üzərində adı yazılan Fəridə Əliyeva hazırda Mingəçevirdə Kəlbəcər rayon Ş.Şükürov adına 35 nömrəli tam orta məktəbdə katibə işləyir. O, Ölkə.Az-a açıqlamasında deyib ki, həmin fincanı 11 yaşı olanda təcili tibbi yardım həkimi işləyən atası Əli Əliyev ad günü hədiyyəsi kimi alıb. Fəridə Əliyeva 1993-cü ildə ailəsi ilə birgə Kəlbəcərdən çıxmaq məcburiyyətində qalsa da, fincan 32 il sonra onun özünə qayıdıb.

O, fincanın Xankəndiyə necə gedib çıxmasından da söz açıb:


“Biz Kəlbəcərin Zülfüqarlı kəndindənik. Atam həkim işləyirdi. Buradakı camaat İstisu deyilən yerə istirahətə gedirdi. Atam onlara qulluq etmək üçün 3 aylığına xəstəxanadan ora göndərilmişdi.

O, Kəlbəcərdə olanda mən hələ balaca idim. Evdə neçə uşaq var idisə, hamımız üçün belə bir fincan almışdı, üstündə də ad yazdırmışdı. Onun övladları içərisində mən daha istəkli idim. Mən avqustda doğulmuşam. Ad günümə yaxın idi, fincanın üzərinə o sözləri yazdırmışdı.

Həmin fincanın dəmir olan forması da vardı. Mənim üçün həm saxsı, həm də dəmir fincanın üzərinə yazı yazdırmışdı. Təsadüfdən o vaxtı ermənilərin Kəlbəcərdən daşıyıb apardıqları əşyaların içərisində bu fincan da olub. Azərbaycanlı oğlan da Xankəndiyə gedəndə əşyaların içərisindən bu fincanı tapıb və maraqlı gəldiyi üçün paylaşıb. O video paylaşılan gün telefonlarım susmadı. Bütün qohumlar, qonşular zəng etdilər ki, sənin adın olan fincan tapılıb.

Bizim hər şeyimiz Kəlbəcərdə qalıb. O boyda varımızdan, halımızdan mənə qismət olan bircə o fincan oldu. 
 

Fincan videosunu görəndə sanki səsim batdı, danışmağa söz tapmadım. Həm sevindim, həm ağladım. Atamın indi həyatda olmaması mənə pis təsir etdi. Onu 2011-ci ildə itirmişik. Həm də illərlə zəhmət çəkdikdən sonra evimizdən, ailəmizdən yadigar bir fincanın qalmağı pis təsir etdi.


Amma ona görə sevindim ki, balaca bir fincan da olsa bu yaşımda mənə böyük bir dünya oldu. İndi yaşadığım evdə ən əziz, qoruduğum əşyadır. Bəlkə də o kənddə hələ də yaşasaydım, həmin fincanın qayğısına belə qalmazdım. İnşallah, Kəlbəcərə qayıdanda o əşyanı da özümlə aparacağam",- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

End of content

No more pages to load

RADİO